Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq

Futbol
  • 04 fevral, 2017
  • 03:51
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün keçiriləcək iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son matç günündə turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar üz-üzə gələcəklər.

Fevralın 3-də baş tutan matçlarda lider “Qarabağ” autsayder AZAL-ı (2:1), Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Qəbələ” isə “Neftçi”ni məğlub edib (1:0). İndi növbə 3-cü sıradakı “İnter”indir. Zaur Svanadzenin yetirmələri çempionluq uğrunda mübarizədən kənar düşməmək üçün səfərdə “Sumqayıt”ı məğlub etməlidir. Sumqayıt şəhərinin eyniadlı təmsilçisi rəqibindən cəmi 1 pillə geri qalsa da, arada ciddi xal fərqi var – 10 xal. Üstəlik, bakılılar cari birinciliyin ilk iki dövrəsində rəqiblərini 3:1 və 2:1 hesabı ilə məğlub edirlər.

Günün digər matçı isə Zirədə baş tutacaq. "Zirə" “Kəpəz”i qonaq edəcək. Bu komandaların indiyədək baş tutan duellərində meydan sahibi olan komanda uduzmayıb. Qonaq tərəf isə hər matçda qol buraxıb. Cari çempionatda hər iki komanda evdə biri digərini 2 cavabsız qolla məğlub edib. "Zirə" "Kəpəz"i 1 pillə qabaqlasa da, arada cəmi 3 xallıq fərq var. Bu isə o deməkdir ki, “Kəpəz” bu gün “Zirə”ni məğlub edəcəyi halda 5-ci sıraya yüksələcək.

Azərbaycan Premyer Liqası, XVI tur

4 fevral

14:00. “Zirə" – “Kəpəz”

Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Füzuli Nəcəfov

Bakı. Zirə İdman Kompleksinin stadionu

Cari çempionatdakı oyunlar - 0:2, 2:0

16:30. “Sumqayıt” – “İnter”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

Sumqayıt. “Kapital Bank Arena” stadionu

Cari çempionatdakı oyunlar - 3:1, 2:1.

44 filmi