"Barselona"nın futbolçusu kuryoz hadisə nəticəsində zədələnib
Futbol
- 27 fevral, 2023
- 09:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya "Barselona"sının futbolçusu Rafinya kuryoz hadisə nəticəsində zədələnib.
"Report"un "Mundo Deportivo" nəşrinə istinadən məlumatına görə, hadisə Kataloniya təmsilçisinin evdə İngiltərənin "Mançester Yunayted" klubu ilə 2:2 hesablı heç-heçə etdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu zamanı baş verib.
Matçda qol və məhsuldar ötürmə ilə yadda qalan 27 yaşlı vinger 82-ci dəqiqədə əvəzlənib. O, baş məşqçi Xavi Ernandesin qərarına etiraz əlaməti olaraq, içkilərin saxlanıldığı soyuducunu təpikləyib və dizindən yüngül xəsarət alıb.
Qeyd edək ki, "Barselona" İngiltərədə "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzaraq iki oyunun nəticəsinə əsasən avrokuboklarla vidalaşıb.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region