"Barselona"dan Messiyə yeni müqavilə
Futbol
- 09 mart, 2020
- 12:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubu kapitanı Lionel Messi ilə müqavilənin müddətini 2023-cü ilin yayına qədər uzatmaq niyyətindədir.
"Report" İtaliya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı futbolçuya yeni sözləşmə təklif etməyə hazırlaşır.
İddiaya görə, 33 yaşlı hücumçu rəhbərliyin təklifinə razılıq versə, onun illik məvacibi 50 milyon avro olacaq.
Qeyd edək ki, 2001-ci ildən "Barselona"da çıxış edən Lionel Messinin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin 30 iyununa qədərdir. Təcrübəli forvard bu mövsüm komandasının heyətində meydana çıxdığı 31 oyunda 24 qol vurub, 16 məhsuldar ötürmə edib. La Liqada 27 turdan sonra 58 xal toplayan kataloniyalılar turnir cədvəlinə başçılıq edir.
Son xəbərlər
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region