"Barselona" "Qızıl top" mükafatının ikiqat qalibi Aleksiya Putellas ilə yollarını ayırır

Futbol
  • 26 may, 2026
  • 22:28
Barselona Qızıl top mükafatının ikiqat qalibi Aleksiya Putellas ilə yollarını ayırır

İspaniyanın qadınlardan ibarət "Barselona" futbol komandası cari mövsümün sonunda "Qızıl top" mükafatının ikiqat qalibi Aleksiya Putellas ilə yolların ayıracaq.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı ispaniyalı futbolçu 14 il çıxış etdiyi və kapitanı olduğu komandanı tərk edir.

2012-ci ildən "Barselona"nın əsas heyətində çıxış edən Putellas ümumilikdə 507 oyuna çıxıb. Bu, klub tarixində ikinci ən yüksək göstəricidir. O, həmçinin klub tarixinin ən məhsuldar futbolçusudur - 232 qol.

Bu müddət ərzində o, "Barselona" ilə birlikdə 38 mükafat qazanıb.

Aleksiya Putellas 2021 və 2022-ci illərdə "France Football" jurnalının təqdim etdiyi "Qızıl top" mükafatına layiq görülüb.