"Barselona" basketbol matçı üçün Rusiyaya uçmaqdan imtina edib
Futbol
- 24 fevral, 2022
- 16:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" basketbol komandası "Zenit"ə qarşı keçirəcəyi Avroliqa oyunu üçün Rusiyaya uçmaqdan imtina edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Rusiya və Ukrayna arasında gedən müharibə səbəbindən bu addımı atıb.
Görüş fevralın 25-də Sankt-Peterburqda olmalı idi. Oyunun startı Bakı vaxtı ilə saat 20:00-a planlaşdırılmışdı.
Fevralın 25-də turnirin rəhbərliyi gərginliklə əlaqədar mövsümünün davam etdirilməsini müzakirəyə çıxarmaq üçün iştirakçı klubların nümayəndələri ilə görüşəcək.
Qeyd edək ki, "Barselona" 25 oyundan 20 qələbə ilə turnir cədvəlinə başçılıq edir. "Zenit" isə 23 matçda qazandığı 14 qələbə ilə 5-ci yerdə qərarlaşıb.
Son xəbərlər
03:49
Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb
Digər ölkələr
03:27
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
Digər ölkələr
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr
02:23
"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib
Futbol
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr
01:22
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Digər ölkələr
00:54
Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır
Region
00:30
Foto
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə