Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariqlə qarşılaşacaq
Futbol
- 18 noyabr, 2025
- 09:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
"Report" xəbər verir ki, B qrupunda yer alan komanda səfərdə Cəbəllütariqlə üz-üzə gələcək.
Görüş "Europa Point Stadium"da, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Matçın baş hakimi rumıniyalı Andrei Çivulete olacaq.
Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliyaya qarşı keçirəcək.
Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv qrupda 2 xalla 5-ci pillədə qərarlaşıb. Portuqaliya (12 xal) birinci, Çexiya (9 xal) ikinci, Şotlandiya (7 xal) üçüncü, Bolqarıstan (7 xal) dördüncüdür. Xalı olmayan Cəbəllütariq sonuncu - altıncı pillədə qərarlaşıb.
Son xəbərlər
21:07
İlham Əliyev: Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik
Daxili siyasət
20:57
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
Region
20:50
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Xarici siyasət
20:43
Azərbaycan Basketbol Liqasının III turunda "Sabah" NTD-yə qalib gəlib
Komanda
20:41
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib
Digər ölkələr
20:40
Etirazlar fonunda Fransa istiqrazları, səhmləri və avro ucuzlaşıb
Maliyyə
20:36
Foto
Bakı Olimpiya Stadionunda "Sabah"ın "Borussiya" ilə oyunöncəsi açıq məşqi baş tutub
Futbol
20:33
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
İnfrastruktur
20:30
ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb?
Maliyyə