Azərbaycanın U-19 millisi Avropa çempionatının cari mövsümünə məğlubiyyətlə start verib

Futbol
  • 26 noyabr, 2026
  • 15:52
Azərbaycanın U-19 millisi Avropa çempionatının cari mövsümünə məğlubiyyətlə start verib

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının I seçmə mərhələsinə məğlubiyyətlə start verib.

"Report"un məlumatına görə, B Liqasının 3-cü qrupunda yer alan yığma səfərdə Serbiya komandası ilə üz-üzə gəlib.

Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 1-ci meydançasında təşkil olunan görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 qrupda növbəti matçlarını noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro seçmələrinə qarşı keçirəcək.

44 filmi