Azərbaycanın futbol yığmalarının rəqibləri müəyyənləşib

Futbol
  • 24 noyabr, 2017
  • 12:12
Azərbaycanın futbol yığmalarının rəqibləri müəyyənləşib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində 19 və 17 yaşadək qızlardan ibarət milli komandalar arasında AVRO-2018-in elit raundunun, həmçinin 2019-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 17 yaşadək futboçulardan ibarət Azərbaycan yığması AVRO-2018-in elit raundunda Almaniya, İrlandiya və İslandiya ilə bir qrupda yer alacaq. AVRO-2019-un seçmə mərhələsində isə rəqiblər İngiltərə, İslandiya və Moldova olacaq.

19 yaşadək futboçulardan ibarət Azərbaycan yığması isə AVRO-2018-in elit raundunda Fransa, Belçika və Finlandiya ilə, AVRO-2019-un ilkin seçmə mərhələsində isə İsveçrə, Türkiyə və Kiprlə birgə mübarizə aparacaq.

44 filmi