Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

Futbol
  • 06 iyun, 2026
  • 22:01
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi ilk yoxlama oyununu keçirib.

"Report" xəbər verir ki, yığma Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan komandasında qolları Daniil Rəcəbov (19) və Əhəd Hacızadə (25) vurublar.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu iyunun 9-da keçiriləcək.

44 filmi