Premyer Liqanın XXXIII turunda “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib

Futbol
  • 04 may, 2025
  • 19:56
Premyer Liqanın XXXIII turunda “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib

Misli Premyer Liqasının XXXIII turunda “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib.

“Report”un məlumatına görə, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Yassin Benzia (59) və Kadi Borqes (82) fərqlənib.

Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” bu nəticədən sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.

XXXIII tura bu gün keçiriləcək “Neftçi” - “Kəpəz” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.