Azərbaycan Premyer Liqasının ilin son oyunlarının hakim təyinatları müəyyənləşib
- 05 dekabr, 2018
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunda keçiriləcək oyunların bütün təyinatları müəyyənləşib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sabah" və "Keşlə" arasındakı açılış matçını Orxan Məmmədov idarə edəcək. "Neftçi" - "Sumqayıt" dueli isə Rəvan Həmzəzadəyə həvalə olunub.
"Zirə" - "Qarabağ" görüşü isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub.
9 dekabr (bazar)
16:00. “Sabah” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Əlincə Arena.
17:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Dalğa Arena.
17:30. “Səbail” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bayıl Arena.
19:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Bakcell Arena.
Qeyd edək ki, “Səbail” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” qarşılaşmaları CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.