Azərbaycan Premyer Liqasınıda mövsümün ən aşağı ikinci məhsuldarlığı qeydə alınıb

Futbol
  • 05 noyabr, 2018
  • 08:30
Azərbaycan Premyer Liqasınıda mövsümün ən aşağı ikinci məhsuldarlığı qeydə alınıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının X turu aşağı məhsuldarlıqla diqqət çəkib.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, turun 4 qarşılaşmasında cəmi 6 qol vurulub.

Bunun yarısı “Qəbələ” – “Sabah” görüşünə (2:1) təsadüf edib. “Qarabağ” – “Sumqayıt” oyununda (2:0) iki, “Keşlə” – “Neftçi” matçında (0:1) bir qol qeydə alınıb. “Zirə” – “Səbail” qarşılaşmasında isə qapılara qol vurulmayıb.

Turun orta məhsuldarlığı isə 1,5-ə bərabər olub. Bu, cari mövsümün iki ən aşağı göstəricisindən biridir.

Çempionatın IV turunda məhsuldarlıq daha aşağı olub. Bir oyununun hesabı ləğv olunan və texniki nəticəylə yekunlaşan turun digər 3 qarşılaşmasında cəmi 4 top qeydə alınıb.