Azərbaycan Premyer Liqası: "Qəbələ" "Keşlə"ni məğlub edib
Futbol
- 03 dekabr, 2017
- 14:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, Qəbələdə şəhərin eyni adlı təmsilçisi ilə "Keşlə" üz-üzə gəlib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 24-cü dəqiqədə Baqali Dabo açıb. Filip Ozobiç isə 49 və 55-ci dəqiqələrdə vurduğu qollarla dubl edib.
Bu qalibiyyətdən sonra xalını 31-ə çatdıran "Qəbələ" 2-ci pillədəki mövqeyini qoruyub. "Keşlə" isə 8 xalla 7-ci sıradadır.
Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Neftçi"ni 1:0, "Sumqayıt" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib. Həftəyə bu gün saat 18:30-da start götürəcək "Səbail" - "Zirə" qarşılaşması ilə yekun vurulacaq.
Son xəbərlər
19:11
Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Digər ölkələr
19:10
Moskva hava limanlarında 100-dən çox reys gecikib
Region
19:08
İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib
Digər ölkələr
18:55
Yəmən sahillərində tankerə yaxınlaşan qayığa xəbərdarlıq atəşi açılıb
Digər ölkələr
18:39
Foto
Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
Fərdi
18:21
El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib
Digər ölkələr
18:17
Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər
Digər ölkələr
17:56
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Sənaye
17:53
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol