Azərbaycan millisinin sabiq futbolçusu Latviya klubundan ayrılıb
Futbol
- 01 iyul, 2019
- 09:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Əskərov Latviyanın "Dauqavpils" klubundan ayrılıb.
"Report"un məlumatına görə, 34 yaşlı hücumçu bu barədə şəxsi "Facebook" səhifəsində yazıb. O, klubda keçirdiyi 1,5 il üçün məşqçilərə və oyunçulara təşəkkür etdiyini bildirib.
Qeyd edək ki, Əskərovda 3 oyunda Azərbaycan millisinin formasını geyinib. Əsasən legioner həyatı yaşayan forvard "Sumqayıt", "Zirə" və "Araz Naxçıvan" komandalarında da çıxış edib. "Dauqavpils" Latviyanın əsas liqasında yer alıb. Komanda 18 turdan sonra 21 xalla 9 kollektiv arasında 7-ci yerdədir.
Son xəbərlər
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr