Azərbaycanın iki futzalçısı şəhəri tərk edə bilmədiyi üçün heyətdən çıxarılıb
Futbol
- 17 sentyabr, 2022
- 05:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Azərbaycan Futbol Federasiyasından "Report"a verilən məlumata görə, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Hadi Ahmadi və Amir Şojaei heyətdən çıxarılıb.
Buna səbəb hər iki oyunçuya Qazaxıstanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı klub tərəfindən edilən müraciətin müddətinin tamam olmaması və onların bununla əlaqədar hazırda yaşadıqları Uralsk şəhərini tərk edə bilməməsidir.
Əvəzində “Araz-Naxçıvan”dan Fərid Ələkbərov heyətə dəvət olunub.
Artıq Aktau şəhərində məskunlaşan yığma bu gün Bakı vaxtı ilə saat 16:30-da ilk məşqinə çıxacaq.
Son xəbərlər
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr