Azərbaycan Kubokunun II təsnifat mərhələsinin daha 3 matçı baş tutub

Futbol
  • 28 oktyabr, 2026
  • 15:53
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin daha 3 matçı baş tutub

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinin daha 3 matçı baş tutub.

"Report"un məlumatına görə, Premyer Liqa təmsilçilərindən "İmişli" "Qaradağ Lökbatan"a (4:1), "Şamaxı" isə "Hypers"ə (5:1) qalib gəlib.

I Liqa təmsilçilərindən "Şahdağ Qusar" MOİK-i böyük hesabla məğlub edib - 9:1.

Bu nəticələrdən sonra "İmişli", "Şamaxı" və "Şahdağ Qusar" 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2) məğlub edib.

44 filmi