Azərbaycan I Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib

Futbol
  • 17 may, 2024
  • 10:11
Azərbaycan I Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib.

“Report” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir mayın 23-də baş tutacaq.

Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq. Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlayacaq.

Qeyd edək ki, hazırda I Liqada turnir cədvəlinin ilk pilləsində 54 xalla “Şamaxı” qərarlaşıb. "Qaradağ Lökbatan" 53 xalla ikincidir. Azərbaycan çempionu sonuncu - XXVII turda müəyyənləşəcək.

44 filmi