Azərbaycan çempionatında yeni rekord qeydə alınıb
Futbol
- 30 mart, 2025
- 12:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “Sumqayıt” - "Sabah" oyununda (3:3) qeydə alınıb.
Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.
Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.
Bunadək rekord hərəyə 14 "sülh"ə imza atan “Neftçi” (2009/2010), “Bakı” (2012/2013) və “Zirə”yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.
Son xəbərlər
16:23
Serbiyanın hakim partiyası Vuçiçin anasına hücum edildiyini bildirib
Digər ölkələr
16:10
Foto
Musa Qasımlı: Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir
Xarici siyasət
15:58
Foto
AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib
Komanda
15:56
Foto
Sumqayıtda beş avtomobil toqquşub
Hadisə
15:55
Foto
Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb
Mədəniyyət siyasəti
15:45
Foto
"Pampuşun səyahəti" kitabının təqdimatı keçirilib
Mədəniyyət siyasəti
15:38
Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanılıb
Digər ölkələr
15:27
"Real"ın qapıçısı "Barselona" ilə oyunu buraxacaq
Futbol
15:07
Foto
Yeniyetmə güləşçilər arasında Naxçıvan birinciləri müəyyənləşib
Komanda