"Arsenal"ın hücumçusu "Barselona"ya keçməyə razılıq verib
Futbol
- 23 yanvar, 2020
- 08:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə "Arsenal"ının futbolçusu Pyer-Emerik Obameyanq qış transfer pəncərəsində komandanı tərk edə bilər.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə İspaniya "Barselona"sı maraqlanır. Kataloniya təmsilçisinin forvardı Luis Suares zədə səbəbindən kənarda qalıb. O, yalnız bu mövsümün sonunda yaşıl meydanlara qayıda bilər. Klub bu səbəbdən Suaresə əvəzedici axtarır.
Obameyanq "Barselona"ya keçməyə razılıq versə də, London klubu qabonlu oyunçu ilə yollarını ayırmaq istəmir. Futbolçu "Barselona"ya getmək istədiyini bildirsə, anlaşma ehtimalı artacaq.
Qeyd edək ki, Pyer-Emerik Obameyanqın "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Son xəbərlər
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr