“Araz-Naxçıvan”ın kapitanı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
Futbol
- 24 sentyabr, 2024
- 07:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın VII turuna təsadüf edib.
Naxçıvan təmsilçisinin kapitanı “Turan Tovuz”la səfər görüşünə (2:1) start heyətində çıxıb.
Vadim 100 matçı 5 fərqli klubda keçirib. O, “Bakı”da 19, “Simurq”da 19, “Qəbələ”də 1, “Sabah”da 20, “Araz-Naxçıvan”da 41 dəfə şans qazanıb. 29 yaşlı yarımmüdafiəçinin yeganə qolu “Simurq”un heyətində qeydə alınıb.
Qeyd edək ki, Vadim Abdullayevin debütü 2012-ci il mayın 5-də “Bakı” – “Neftçi” qarşılaşmasında (2:0) gerçəkləşib.
Son xəbərlər
15:55
"Facebook"un Azərbaycandakı bazar payı oktyabrda 28 % azalıb
İKT
15:52
Mirziyoyev: 2026-cı ilin əvvəlindən Özbəkistana 1 milyondan çox insan qayıdıb
Digər ölkələr
15:46
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Monteneqrodan ölkəyə ekstradisiya olunacaq
Hadisə
15:46
Azərbaycanın U-16 voleybol yığmaları Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
Komanda
15:46
Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib
Maliyyə
15:44
Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb
Sağlamlıq
15:40
Foto
Şahin Bağırov Ağsuda vətəndaşları qəbul edib
İnfrastruktur
15:34
"Sea Breeze" yeni şirkət yaradıb
Biznes
15:31
Araşdırma: Özbəkistanda "Telegram" əsas xəbər mənbəyidir, televiziya isə etimad baxımından liderdir
Digər ölkələr