Alessandro Del Pyero koronavirusa görə çətinliklə üzləşib
Futbol
- 27 fevral, 2020
- 09:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Alessandro Del Pyero ölkəsində koronavirus epidemiyası səbəbindən çətinliklə üzləşib.
"Report" "Metaratings" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı sabiq hücumçu viza ilə bağlı Milan və Genuyada yerləşən Rusiya Federasiyasının Baş Konsulluqlarından birini ziyarət edə bilməyib.
O, Rusiyaya getmək üçün ABŞ-ın Los-Anceles şəhərindən Ermənistanın paytaxtı Yerevana səfər edib. Del Pyeronun planının uğurla həyata keçdiyi və onun artıq Yerevandan Moskvaya getdiyi vurğulanıb.
Qeyd edək ki, daha öncə İtaliya A Seriyasının bir neçə görüşü koronavirusa görə təxirə salınıb, bəziləri isə azarkeşsiz keçiriləcək.
Son xəbərlər
06:34
Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlayır
Digər ölkələr
06:06
Braziliyada Bolsonarunun partiyası prezident seçkilərinin nəticələrini tanıyıb
Digər ölkələr
05:27
Türkiyədə əxlaqsızlığın təbliği əleyhinə keçirilən əməliyyat zamanı onlarla insan saxlanılıb
Region
04:48
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl yop" mükafatçısı olub
Futbol
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika