Afrikalı hücumçu Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb
Futbol
- 10 aprel, 2023
- 06:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Turan Tovuz"un futbolçusu Runi Eva Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.
27 yaşlı forvard cari mövsümdə 12-ci dəfə fərqlənib. O, XXIX turda "Şamaxı" ilə ev qarşılaşmasında rəqib qapısına yol tapıb.
Afrika təmsilçilərinin daha çox qol vurması sonuncu dəfə 2014/2015 mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə rəqib qapısına yol tapıb.
Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. "Qarabağ"ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib.
Son xəbərlər
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr