AFFA İntizam Komitəsi "Qarabağ"ın etirazını qəbul etməyib
Futbol
- 14 fevral, 2017
- 12:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Qarabağ"ın etirazını qəbul etməyib.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XVIII turunda "Kəpəz"lə oyunun 86-cı dəqiqəsində Ağabala Ramazanova göstərilmiş sarı vərəqəyə etiraz edib.
Klub həmin vərəqəni haqsız sayaraq, matçın protokolunda müvafiq qeyd edib. Lakin İntizam Komitəsi baş hakim Ömər Paşayevin qərarını qüvvədə saxlayıb. Nəticədə Ramazanov vərəqə limitini dolduraraq cəzalı duruma düşüb. O, XIX turda "Qəbələ" ilə səfər matçını buraxmalı olacaq.
Qeyd edək ki, fevralın 19-da keçiriləcək "Qəbələ" - "Qarabağ" görüşü saat 17:30-da başlayacaq.
Son xəbərlər
23:52
Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından daha çox pul ödəyib
Digər ölkələr
23:38
Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
23:23
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
Digər ölkələr
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr
22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Digər ölkələr
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:49
Marko Rubio Özbəkistana səfərə gedib
Region
21:40
Sorğu: Trampın reytinqi rekord həddə enib
Digər ölkələr