AFFA bir futbolçunu və Premyer Liqanın üç klubunu cəzalandırıb

Futbol
  • 04 dekabr, 2018
  • 13:17
AFFA bir futbolçunu və Premyer Liqanın üç klubunu cəzalandırıb

Bakı. 4 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Zirə" klubunun futbolçusu Bilal Həmdini bir oyunluq cəzalandırıb.

"Report" xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin Premyer Liqanın XIII turunda səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri matçda ikinci sarı vərəqə alaraq meydandan qovulmasıdır. 61-ci dəqiqədə oyundan kənarlaşdırılan fransalı oyunçuya görə klubu 200 manat məbləğində cərimə olunub. 

İntizam Komitəsi "Sumqayıt", "Qəbələ" və "Keşlə"yə isə 800 manat cərimə kəsib. İlk iki komanda 4, sonuncusu isə 5 futbolçusunun müvafiq olaraq "Səbail" (1:0), "Zirə" (0:0) və "Qarabağ"la (5:1) görüşlərdə sarı vərəqə almaları səbəbindən ziyana düşüb. 

Qeyd edək ki, "Zirə" Premyer Liqada II dövrənin son turunda "Qarabağ"la üz-üzə gələcək.