Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa 3-cüsü olub
Fərdi
- 09 mart, 2022
- 17:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu nəticəyə imza atıb.
"Report" xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan və 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanan yığma 102 xalla komanda hesabında qitə üçüncüsü olub.
Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 6 yunan-Roma güləşçisindən beşi fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qitə çempionu olub. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.
Son xəbərlər
10:31
"Sabah" yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə yolları ayırıb
Futbol
10:29
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
Xarici siyasət
10:26
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə müraciətin forması açıqlanıb
Hadisə
10:23
Ağır cinayətlərə görə axtarışda olan şəxs Gürcüstandan Türkiyəyə deportasiya edilib
Region
10:23
DSMF: 10 ayda sosial sığorta haqları üzrə daxilolmalar 5,8 % artıb
Maliyyə
10:17
Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib
Hadisə
10:15
Foto
DTX-nin Akademiyasında Zəfər Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Hadisə
10:04
Bakıda oktyabrda avtobusla 54 milyona yaxın sərnişin daşınıb
İnfrastruktur
10:01
Foto
Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib
Hərbi