Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu olub
Fərdi
- 21 fevral, 2018
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında xizəkçiliyin sərbəst üsulla komanda yarışında bürünc medal qazanan norveçli Marit Byorgen rekorda imza atıb.
“Report” xəbər verir ki, 37 yaşlı atlet Qış Olimpiya Oyunlarında ən çox medal qazanan idmançı ünvanına sahib çıxıb.
Ümumilikdə, 14-cü dəfə fəxri kürsüyə yüksələn M.Byorgen (7 qızıl, 4 gümüş və 3 bürünc) biatlonçu həmyerlisi, hesabında 13 medal olan (8 qızıl, 4 gümüş və 1 bürünc) Ule Eynar Byorndaleni geridə qoyub.
Qeyd edək ki, Marit Byorgen Mayken Falla ilə birgə üçüncü olublar. ABŞ idmançıları Kikkan Rendall və Cessika Diggins qızıl, isveçli Şarlott Kalla və Stina Nilsson isə gümüş medal qazanıblar.
Son xəbərlər
14:54
Foto
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
Region
14:53
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
Digər ölkələr
14:48
Foto
AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib
İnfrastruktur
14:46
Kristin Laqard Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsindən gedəcəyi tarixi açıqlayıb
Digər ölkələr
14:45
Foto
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni qaydalar müzakirə edilib
Maliyyə
14:45
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Digər ölkələr
14:44
Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verib
Futbol
14:33
İspaniyada qatar maşinistləri tətil keçirirlər
Digər ölkələr
14:30
"Azərpambıq" ixrac gəlirlərini 61 %-dən çox artırıb
ASK