"Formula 1"in keçmiş pilotu ağır qəzaya düşdü
Fərdi
- 20 iyun, 2020
- 07:04
Alessandro Zanardi
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Formula 1"in keçmiş pilotu Alessandro Zanardi avtomobil qəzasından sonra ağır vəziyyətdədir.
"Report"un "Corriere della Sera"ya istinadən verdiyi məlumata görə, 53 yaşlı sabiq idmançı ayaqların köməyi olmadan əllə idarə olunan hendbayk velosipedi ilə İtaliyada paralimpiyaçıların yarışında xəsarət alıb. O, yolda hərəkət etdiyi vaxt yük maşını ilə toqquşub.
Zanardi başından ciddi zədələnib. Xəstəxanaya helikopterlə çatdırılan keçmiş pilot əməliyyat olunub.
Qeyd edək ki, Alessandro Zanardi hər iki ayağını 2001-ci ildə CART yarışı zamanı itirib. O, əl velosipedlərinin mübarizəsində 4 qat paralimpiya çempionu olub. "Formula 1"də isə Zanardi 1991 - 1994-cü illərdə və 1999 mövsümündə çıxış edib.
Son xəbərlər
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə