Elmir Əliyev: "Səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim"

Fərdi
  • 19 oktyabr, 2026
  • 17:40
Elmir Əliyev: Səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim

ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında gümüş medal qazanan Elmir Əliyevin çempionluğuna yol verdiyi səhvlər mane olub.

Yunan-Roma güləşçisi bunu "Report"a açıqlamasında deyib.

O, final görüşü haqqında danışıb:

"Yarışa çox yaxşı hazırlaşmışdıq. Finalda bəzi səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim".

İdmançı hədəflərindən də söz açıb:

"Qarşıma qoyduğum əsas məqsəd böyüklər arasında Avropa və dünya çempionu olmaqdır. Bu, ən böyük arzumdur. Ümid edirəm ki, həyata keçər. Məqsədimə çatmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, E.Əliyev U-23 dünya çempionatının finalında Qazaxıstan təmsilçisi Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.