Beynəlxalq Gimnastika Federasiyası rusiyalı idmançılarla bağlı məhdudiyyətləri aradan qaldırıb

Fərdi
  • 18 may, 2026
  • 10:34
Beynəlxalq Gimnastika Federasiyası rusiyalı idmançılarla bağlı məhdudiyyətləri aradan qaldırıb

Beynəlxalq Gimnastika Federasiyası (FIG) rusiyalı idmançılara qoyulan məhdudiyyətləri aradan qaldıraraq yarışlarda ölkənin bayrağı və himni altında iştirakına icazə verib.

"Report" xəbər verir ki, bu barədə qərar təşkilatın Misirin Şarm əş-Şeyx şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Analoji qərarla Belarus idmançılarına qoyulan bütün məhdudiyyətlər də ləğv edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvarında FIG rusiyalı gimnastların yalnız neytral status almaq şərti ilə qurumun bayrağı altında keçirilən turnirlərdə iştirakına icazə vermişdi.