Azərbaycanlı boksçu dünya kəməri uğrunda döyüşə çıxacaq
Fərdi
- 01 mart, 2019
- 17:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanlı peşəkar boksçu Rauf Ağayev WBO (Dünya Boks Təşkilatı) versiyasında dünya kəməri uğrunda reytinq döyüşünə çıxacaq.
"Report" xəbər verir ki, 36 yaşlı idmançı 8 raunddan ibarət görüşdə ABŞ təmsilçisi Jesse Rodrigez Franko ilə qarşılaşacaq.
Duel martın 16-da ABŞ-ın Florida ştatında təşkil olunacaq. Ağayev keçirdiyi bütün görüşlərdə hələ ki məğlub olmayan 19 yaşlı rəqibinin müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Rauf Ağayev WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə Avropa və Asiya, WBCA versiyası üzrə dünya kəmərlərinin sahibidir. Boksçunun promoteri Nelson Lopes, meneceri Nurqazi İsmaqametov, şəxsi məşqçisi isə Azərbaycanın əməkdar məşqçisi Yadigar Məmmədovdur.
Son xəbərlər
17:42
Bernardu Silva Portuqaliya millisinin yeni kapitanı olacaq
Futbol
17:40
Dunkan Norman: London Naxçıvanla əməkdaşlığı dərinləşdirməyi hədəfləyir
Xarici siyasət
17:34
Foto
Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edib
Daxili siyasət
17:27
Foto
AZCON Holding 2026-cı ilin 9 ayı üzrə sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqlayıb
İnfrastruktur
17:23
Foto
6-cı "Korkut Ata" Film Festivalında Samir Kərimoğlunun "Torpağı sanı yaşayasan" filmi nümayiş olunub
Mədəniyyət siyasəti
17:18
Foto
Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub
Xarici siyasət
17:18
Azərbaycanda 10 ayda büdcədən 297 milyon manata yaxın vəsait geri qaytarılıb
Maliyyə
17:16
Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
Energetika
17:16
Corc Rassell mühərrik dəyişikliyinə görə 5 mövqe cərimələnib
Fərdi