Azərbaycan U-17 Avropa çempionatında qadın güləşində rekorda imza atıb
Fərdi
- 17 iyun, 2022
- 23:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında Yunan-Roma güləşində olduğu kimi, qadın güləşində də rekorda imza atıb.
“Report” xəbər verir ki, Azərbaycan 66 xalla komanda hesabında Avropa beşincisi olub. Buna qədər həmin yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı.
Bundan başqa, qadın güləşində medalların əyarına görə son 7, sayına görə isə son 9 ilin ən yaxşı nəticəsinə imza atılıb.
Xatırladaq ki, Buxarestdə qadın güləşçilərimiz Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) gümüş, Aysel Məmmədzadə (46 kq) isə bürünc medal qazanıb.
Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.
Son xəbərlər
15:20
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Sosial müdafiə
15:17
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Ekologiya
15:10
Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
Digər ölkələr
15:08
"Şəki"nin baş məşqçisi Ceyhun Həsənli: "Əsas liqaya daha güclü şəkildə qayıtmaq istəyirik"
Komanda
15:07
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Elm və təhsil
15:06
Zelenski: Ukrayna İspaniya və Almaniyadan yeni yardım paketləri alacaq
Digər ölkələr
14:57
Foto
Azərbaycan Surinamla ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
Biznes
14:57
Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Xarici siyasət
14:56
Foto
"Herend": iki yüz illik çini sənəti
Biznes