Azərbaycanın ağır atletika üzrə millisi Avropa birinciliyində ilk medalını qazanıb
- 20 oktyabr, 2018
- 17:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabrın 20-dən 27-dəkPolşanın Zamots şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağıratletika üzrə Avropa birinciliyinə start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından"Report"a verilən məlumata görə, 35 ölkədən 383 atletin mübarizəyəqoşulduğu turnirdə yığma komandamızın üzvləri də iştirak edirlər.
Bu gün onlardan biri – Səbinə Əzimova yaşı 20-yə qədər olanqızların 53 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb. Yeniyetmələr arasındaAvropa birinciliklərinin üçqat qalibi olan atletimiz gənclər arasında müvafiqyarışda medal qazanmağa çalışıb.
Səbinə birdən qaldırma hərəkətində 76 kq-ı ram edərək bu hərəkətdə7-ci yeri tutub.
Əzimova təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərəkfəxri kürsüyə yüksəlməyi bacarıb. Gənc atletimiz 100 kq-ı başı üzərinəqaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
Toplam 176 kq (76+100) nəticə ilə Səbinə Əzimova yekunsıralamada 4-cü yerə çıxıb.
Qeydedək ki, daha əvvəl Meksikanın Kankun şəhərində veteran cüdoçular arasındakeçirilən dünya çempionatında Azərbaycan millisi bir neçə medal qazanıb.