Azərbaycanın 5 cüdoçusu Asiya Kubokunda iştirak edəcək

Fərdi
  • 27 oktyabr, 2026
  • 10:20
Azərbaycanın 5 cüdoçusu Asiya Kubokunda iştirak edəcək

Azərbaycanın 5 cüdoçusu oktyabrın 31-dən noyabrın 1-dək İordaniyanın paytaxtı Ammanda keçiriləcək gənclər arasında Asiya Kubokunda mübarizə aparacaq.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnirdə ölkəni 4 çəki dərəcəsində 5 gənc qız cüdoçu – Gülşən Hüseynova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Çinarə Sadıqova (52 kq), Aytən Verdiyeva (57 kq) və Ayan Əliyeva (63 kq) təmsil edəcəklər.

İdmançılar yarışa gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.

Qeyd edək ki, beynəlxalq yarışda 19 ölkədən 140 cüdoçu mübarizə aparacaq.