Azərbaycan karateçisi Avropa çempionu olub
Fərdi
- 30 aprel, 2023
- 22:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan karateçisi Ülvi Məmmədov Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən 13-cü Avropa çempionatının qalibi olub.
"Report"un xəbərinə görə, Azərbaycan komandasının kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız, +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ü.Məmmədov finala gedən yolda Rumıniya, Gürcüstan və Çex təmsilçisindən üstün olub. Finalda yerli idmançı ilə qarşılaşan Azərbaycan təmsilçisi görüşdən qalib ayrılaraq Avropa çempionu titulunu qazanıb.
Son xəbərlər
05:56
Çilidə sərnişin avtobusu yük maşını ilə toqquşub: 12 nəfər ölüb, 15 yaralı var
Digər ölkələr
05:15
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Digər ölkələr
04:44
Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
Digər ölkələr
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol
03:38
UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib
Digər ölkələr
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region