Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb
Fərdi
- 04 noyabr, 2022
- 10:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnast Cesika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında bürünc medal əldə edib.
"Report"un məlumatına görə, hakimlərdən 55.197 xal alan 17 yaşlı idmançı çoxnövçülükdə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Qədirova bununla tarixi nəticəyə imza atıb.
Bu, Böyük Britaniyanın dünya çempionatında qadınlar arasında şəxsi çoxnövçülük üzrə ilk medalı olub.
Qeyd edək ki, istedadlı idmançının əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur. Onlar ötən il Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra bu idman növü üzrə olimpiya medalı qazandırıblar.
Son xəbərlər
08:19
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:08
Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb - yenilənib
Digər ölkələr
07:43
İlon Mask Corc Sorosu geridə qoyub
Digər ölkələr
07:26
"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var
Digər ölkələr
06:45
Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
Energetika
06:25
"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
Energetika
05:55
"SpaceX" ABŞ-də ən azı 80 min mobil rabitə qülləsini icarəyə götürmək istəyir
İKT
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr