Avropa Oyunları: Azərbaycan medal sıralamasında daha 6 pillə geriləyib
Fərdi
- 25 iyun, 2023
- 20:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşada keçirilən III Avropa Oyunlarının altıncı günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.
“Report”un məlumatına görə, ölkə 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada daha 6 pillə geriləyərək, 21-ci sıraya enib.
İlk “üçlük”də isə dəyişiklik baş verməyib. Medal əyarına görə sıralamaya əvvəlkitək İspaniya (17 qızıl, 9 gümüş, 10 bürünc) başçılıq edir. İtaliya (15 qızıl, 17 gümüş, 21 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna isə (11 qızıl, 7 gümüş, 4 bürünc) 3-cü yerdə qalıb.
İndiyədək ümumilikdə 39 ölkə medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə – karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib.
Son xəbərlər
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region