Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilələr yaranacaq

Energetika
  • 24 iyul, 2018
  • 13:03
Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilələr yaranacaq

Bakı. 24 iyul. REPORT.AZ/ İyulun 25-27-də Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində  elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.

"Report"a  "Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr “Azərenerji” ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.