Hadrutda ümumrespublika energetiklər yarışının finalı keçirilir

Energetika
  • 16 oktyabr, 2026
  • 11:37
Hadrutda ümumrespublika energetiklər yarışının finalı keçirilir

Bu gün Hadrutda "Azərişıq" ASC-nin təşkilatçılığı ilə "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" adlı Ümumrespublika Yarışının final mərhələsi təşkil olunur.

"Report"un Hadruta ezam olunmuş əməkdaşı xəbər verir ki, regional mərhələlərdə qalib gəlmiş 11 komanda finalda bilik, çeviklik və əsl peşəkarlıq bacarıqlarını nümayiş etdirəcək.

Energetika mütəxəssisləri intellektual yarış, praktiki tapşırıqlar və innovasiya müsabiqəsi kimi mərhələlər üzrə bir-biri ilə rəqabət aparacaqlar. Ümumrespublika Yarışının qalibi Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində müəyyən ediləcək.