Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 23 %-dən çox artırıb
- 19 oktyabr, 2026
- 17:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 297,42 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 23,2 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə sentyabrda isə Gürcüstan Azərbaycandan 36 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bu da bir il əvvəlki göstəricidən 20 % çoxdur.
Bu ilin ilk 9 ayı ərzində Gürcüstan xarici ölkələrdən 2 milyard 277 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 69 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 818 milyon ABŞ dolları, Türkiyədən 231 milyon ABŞ dolları, Bolqarıstandan 171 milyon ABŞ dolları, Rumıniyadan 169 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.