Gəncədə su xəttini düzəldənlər qaz xəttini zədələdilər
Energetika
- 11 iyul, 2020
- 15:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə şəhərində səhər saatlarında yağmış güclü yağışın fəsadlarını aradan qaldırarkən "Azərsu" ASC-nin texnikası ilə şəhərin N.Nərimanov küçəsi ilə A.Puşkin küçələrinin kəsişməsində, diametri 110 mm olan “Gəncə-2” yeraltı polietilen qaz xəttini yararsız vəziyyətə salınıb.
“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, baş verən hadisənin fəsadlarının aradan qaldırılması üçün təhlükəsizlik tədbiri olaraq təqribən 3 000 abonentin qaz təminatı dayandırılıb. Qaz təminatının bərpa olunması təqribən 3 saat vaxt tələb edir.
Hazırda "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsinin əməkdaşları hadisə yerindədir, təcili təmir işləri aparılır.
Son xəbərlər
02:21
KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Region
01:40
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir
Digər ölkələr
01:04
Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib
Futbol
00:59
Konfrans Liqası: "Trabzonspor", "Ayaks" və "Monako" qələbə qazanıb
Futbol
00:50
Tibetdə 7 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər ölüb
Digər ölkələr
00:35
Tramp: Ukraynanın "Starshield" sisteminə çıxışı bərpa olunub
Digər ölkələr
00:04
Kobaxidze Mərkəzi Asiyanın dörd ölkəsinin XİN rəhbərlərini qəbul edib
Region
23:48
WSJ: Tramp Maska Ukraynada "Starlink" məhdudiyyətlərini aradan qaldırmağı tapşırıb
Digər ölkələr
23:39
Foto
Araz çayında balıqların sayı artıb
Ekologiya