Bu gün və sabah Masazıra elektrik enerjisi fasilələrlə veriləcək

Energetika
  • 23 noyabr, 2018
  • 06:13
Bu gün və sabah Masazıra elektrik enerjisi fasilələrlə veriləcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün və sabah Abşeron rayonunun Masazır qəsəbəsinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. 

Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu, Xırdalan ETSİ-nin xidməti ərazisinə daxil olan qəsəbədə yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədardır.

"Yaranacaq narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir", - T.Mustafayev bildirib. 

44 filmi