Britaniya şirkəti Azərbaycanda bərpa olunan enerji sahəsində bir sıra layihələrin həyata keçirilməsində maraqlıdır

Energetika
  • 01 iyun, 2022
  • 14:12
Britaniya şirkəti Azərbaycanda bərpa olunan enerji sahəsində bir sıra layihələrin həyata keçirilməsində maraqlıdır

“Rapid Solutions” şirkəti Azərbaycanda təmsil olunan neft və qaz şirkətlərinə, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində dəstək göstərməkdə maraqlıdır.

Bu barədə “Report”a şirkətin regional direktoru Hovard Lin bildirib.

O qeyd edib ki, şirkət 2030-cu ilə qədər sıfır karbon emissiyasına nail olmaq üzrə məqsədlərin həyata keçirilməsində iştirak edir: “Buna görə də biz daha “yaşıl” olmaq üçün strategiyamızı dəyişirik”.

H.Lin, xüsusilə hazırda maraqlandıqları iki böyük layihəni qeyd edib: “Masdar” və “ACWA Power”.

Ümumiyyətlə, “Rapid Solutions” Azərbaycanda fəaliyyət göstərən əksər neft və qaz xidmətləri şirkətləri ilə əməkdaşlıq edir.

Xatırladaq ki, bu gün Bakıda Bakı Enerji Həftəsi işə başlayıb. Enerji sənayesində cari meyilləri nəzərə alaraq, Bakı Enerji Həftəsi tədbiri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və Bakı Enerji Forumunu əhatə edir. Sərgilərdə və forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir.