“Azəriqaz” sahibkarlarla Şamaxıda görüş keçirəcək
Energetika
- 03 noyabr, 2022
- 05:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Şamaxı rayonunda keçiriləcək.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, birliyin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil olunacaq görüş Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında (Seyyid Əzim Şirvani küçəsi) baş tutacaq.
“Səyyar qəbul otağı” noyabrın 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Son xəbərlər
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr
22:55
"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub
Futbol