Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfə artırıb
Energetika
- 16 iyun, 2023
- 08:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 479 min 451,03 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 284 milyon 470,39 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 1,95 dəfə, dəyəri isə 2 dəfə çoxdur.
Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,76 % olub.
Qeyd edək ki, yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Азербайджан в два раза увеличил прибыль от экспорта нефтепродуктов
Azerbaijan doubles profit from exports of petroleum products
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr