Fariz İsmayılzadə: Türk dövlətlərinin ortaq bakalavr, yaxud magistr proqramı yoxdur

Elm və təhsil
  • 15 sentyabr, 2026
  • 12:05
Fariz İsmayılzadə: Türk dövlətlərinin ortaq bakalavr, yaxud magistr proqramı yoxdur

Türk dövlətlərinin ortaq bakalavr, yaxud magistr proqramı yoxdur.

"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Bakıda keçirilən "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq baxış" adlı paneldə deyib.

Deputat hazırda türk dövlətləri arasında əlaqələrin bir çox sferaları əhatə etdiyini vurğulayaraq təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirib:

"Çox təəssüf ki, türk dövlətləri arasında təhsil sahəsində mübadilə proqramlarının tətbiqi, həmçinin birgə tədqiqat işlərinin aparılması istənilən səviyyədə deyil. Hesab edirəm ki, türk dövlətlərinin mövcud inkişafı, birlikdə atdığı addımlar fonunda təhsil sahəsində də mübadilələr vacibdir".