DİM ötən ilin buraxılış imtahanlarında istifadə olunan test kitabçaları üzrə onlayn sınaq imtahanı keçirir

Elm və təhsil
  • 07 may, 2018
  • 11:28
DİM ötən ilin buraxılış imtahanlarında istifadə olunan test kitabçaları üzrə onlayn sınaq imtahanı keçirir
Report

Bakı. 7 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ötən ilin buraxılış imtahanlarında istifadə olunan test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir. 

Mərkəzdən "Report"a verilən məlumata görə, 9-cu və 11-ci sinifdə təhsil alan şagirdlər, o cümlədən ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər sınaq imtahanında iştirak edə bilərlər.

İmtahanda iştirak etmək üçün 2 manat ödəmək tələb olunur. Onlayn sınaq imtahanı vermək istəyənlər evi tərk etmədən rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

Hazırda 2017-ci il buraxılış imtahanının (9 illik təhsil bazasında) ikinci mərhələsində istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) üzrə onlayn sınaq imtahanı http://otk.az portalına yerləşdirilib. 

11-ci sinif üzrə buraxılış imtahanlarına aid materiallar isə yaxın günlərdə portala yerləşdiriləcək. V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilən onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

44 filmi