Umayra Tağıyeva beynəlxalq tədbirdə Xəzər dənizinin dayazlaşmasına yetərli qlobal diqqət ayrılmamasını qaldırıb

Ekologiya
  • 20 oktyabr, 2025
  • 19:48
Umayra Tağıyeva beynəlxalq tədbirdə Xəzər dənizinin dayazlaşmasına yetərli qlobal diqqət ayrılmamasını qaldırıb

Xəzər dənizinin dayazlaşması kimi ekoloji böhrana hələ də ehtiyac duyulduğu və ya layiq olduğu qlobal diqqət ayrılmır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ümumdünya Meteorologiya Təşkilatının Konqresi çərçivəsində 2022-ci ildə BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən irəli sürülən "Hər kəs üçün Erkən Xəbərdarlıq" (EarlyWarnings4ALL) təşəbbüsünə həsr olunmuş yüksək səviyyəli tədbirdə çıxışı zamanı bildirib.

O, çıxışında Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən il ölkədə keçirilən COP29-un uğurlu nəticələri, o cümlədən qəbul edilən Bakı Adaptasiya Yol Xəritəsinin və COP29-da razılaşdırılmış yeni maliyyə hədəfi barədə ətraflı məlumat verib, bunun həssas ölkələrdə effektiv adaptasiya tədbiri olan erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün onların zəruri ehtiyaclarının ödənilməsində mühüm rol oynayacağını qeyd edib.

Eyni zamanda, ölkəmizdə dövlət investisiyaları çərçivəsində son 5 ildə erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, modernizasiya tədbirləri sayəsində avtomatlaşdırılmış müşahidə sistemlərinin 73%-ə çartırılması barədə məlumatlar verib, 2027-ci ilədək olan hədəflərdən, həmçinin erkən xəbərdarlıq sahəsində Ümumdünya Meteorologiya Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı və Yaşıl İqlim Fondu ilə əməkdaşlıqdan bəhs edib.

2026-cı ildə Dünya Ətraf Mühit Gününə və Ümumdünya Şəhərsalma Forumuna Azərbaycanın ev sahibliyi edəcəyi qeyd edilib, ölkəmizin beynəlxalq ictimaiyyətlə bu sahədə əməkdaşlığa hazır olduğu bildirilib.

Ümumdünya Meteorologiya Təşkilatının "İqlim üçün Elm" fəaliyyətinin 75 illiyinə həsr olunmuş Konqresin Fövqəladə Sessiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mutəxəssisləri iştirak edib.

Tədbirdə Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi, professor Selesta Saulo, İsveçrə Federal Şurasının üzvü Elizabet Baume-Şnayder və Mozambik Respublikasının Prezidenti açılış nitqi ilə çıxış ediblər.

Konqres çərçivəsində 2022-ci ildə BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən irəli sürülən "Hər kəs üçün Erkən Xəbərdarlıq" (EarlyWarnings4ALL) təşəbbüsünə həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib.