Sumqayıtda dəm qazının miqdarı normadan artıqdır
Ekologiya
- 27 noyabr, 2023
- 15:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda 27 noyabr 2023-cü il tarixində gecə saatlarında baş vermiş yanğınla bağlı araşdırma və monitorinqlər aparılıb.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəsmisi Ceyhun Muradov bildirib ki, hadisə ilə əlaqədar idarənin əməkdaşları əraziyə cəlb olunub və günün müxtəlif saatlarında monitorinq və ölçmə işləri aparıb:
“Sumqayıt şəhəri ərazisində günün müxtəlif saatlarında aparılan ölçmələrə əsasən havada dəm qazının miqdarı 1,5-1,7 dəfə normadan artıq olub”.
C. Muradovun sözlərinə görə, saat 18:00-a olan monitorinq nəticələrinə əsasən ərazidə hava keyfiyyət göstəriciləri norma daxilindədir.
Son xəbərlər
13:56
Azərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb
Energetika
13:56
"Azəralüminium" ixrac gəlirlərini 60 %-ə yaxın artırıb
Sənaye
13:47
Rusiya Dneprdə vağzala zərbə endirib: 13 nəfər ölüb
Digər ölkələr
13:38
Azərbaycan "Korkut Ata" Film Festivalında iki bədii, bir sənədli filmlə təmsil olunacaq
Mədəniyyət siyasəti
13:34
Foto
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
Fərdi
13:29
Video
Ermənistanın Baş naziri: Kimsə müxalifətçidirsə, həyasızlıq etməli deyil - Yenilənib
Region
13:28
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir
Region
13:26
İspaniyada qatarların toqquşması nəticəsində 64 nəfər itkin düşüb
Digər ölkələr
13:23
Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir
Daxili siyasət