Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək
Ekologiya
- 31 avqust, 2025
- 12:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-35 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.
Son xəbərlər
05:09
WSJ: ABŞ Yaxın Şərqdə hərbi gəmilərin sayını artıra bilər
Digər ölkələr
04:32
Mourinyo "Real"ın ÇL-dəki qələbəsindən sonra Valverdenin oyununu yüksək qiymətləndirib
Futbol
04:12
ABŞ Yaxın Şərqdəki bazalardakı hərbi mövcudluğunu azaldır
Digər ölkələr
03:49
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
Energetika
03:33
Fransanın iri şəhərlərinin təcridxanaları kütləvi iğtişaşlar fonunda dolub
Digər ölkələr
03:03
WP: Pentaqon Çinlə iqtisadi mübarizə üçün agent kəşfiyyatı yaratmağı planlaşdırır
Digər ölkələr
02:32
Zelenski Norveçlə birlikdə HHM sahəsində üç birgə layihənin hazırlandığını bildirib
Digər ölkələr
02:09
ABŞ-də 2027-ci ilin oktyabrınadək muxtar döyüş sistemləri komandanlığı yaradılacaq
Digər ölkələr
01:41
Zelenski: Ukrayna, ABŞ və Rusiya arasında danışıqlara hazırlıq görülür
Digər ölkələr