Dünən Bakıda havanın maksimal temperaturu normadan 8 dərəcə yuxarı olub
Ekologiya
- 10 iyul, 2023
- 08:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Havanın maksimal temperaturu iyulun 9-da Bakıda iqlim normasından 8 dərəcə yuxarı olub.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 40 dərəcəyədək isti, aran rayonlarında 42 dərəcəyədək isti, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.
Həmçinin iyulun 10-u saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Balakən, Gədəbəy, Daşkəsən, Gəncədə 5 mm-dək olub.
Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöl, Bərdə, Naftalanda 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib.
Son xəbərlər
03:08
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb
Futbol
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr
00:04
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Fərdi